“Səbail” Gürcüstanda hazırlıq keçəcək
“Səbail”in yay hazırlıq planı bəlli olub.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim-məşq toplanışının ilk mərhələsi iyunun 20-dən iyulun 19-dək Bakıda olacaq.
“Dənizçilər” iyulun 20-də Gürcüstana yollanacaq. Tiflis toplanışı 10 gün davam edəcək.
Hazırlığın hər iki mərhələsində 3 yoxlama matçı nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin