
“Səbail” fotoqrafa görə cərimə olundu
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, İntizam Komitəsi aşağıdakı qərarları qəbul edilib:
Əvəzedicilər liqası, 29-cu tur
“Səbail-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilib.
“Səbail-2” – “Turan Tovuz-2” oyununda “Səbail-2” komandasının fotoqrafı zonalar üzrə qaydanı pozduğuna görə “Səbail-2” komandası 50 manat cərimə edilib.
“Qarabağ-2” – “Zirə-2” oyununun 59-cu dəqiqəsində “Zirə-2” komandasının futbolçusu Əkbər Eyubov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Zirə-2” 50 manat cərimə edilib.
2-ci Liqa, 20-ci tur
“Şahdağ Qusar” – “Hypers Guba” oyunu bitdikdən sonra “Hypers Guba” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Hypers Guba” komandası 150 manat cərimə edilib.
“Kür-Araz” – “Araz Saatlı” oyununun 82-ci dəqiqəsində “Araz Saatlı” klubunun futbolçusu Ramin Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz Saatlı” komandası 50 manat cərimə edilib.
“Dinamo” – “Şəmkir” oyununun 33-cü dəqiqəsində “Dinamo” klubunun futbolçusu Ziya Məmmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Dinamo” komandası 50 manat cərimə edilib.
“Dinamo” – “Şəmkir” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Dinamo” komandası 80 manat cərimə edilib.
“Dinamo” – “Şəmkir” oyununda “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilib.
Bizi Facebook-da izləyin



