“Səbail” daha üç legioneri yola saldı – RƏSMİ
“Səbail” daha üç futbolçusu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, paytaxt klubu Tome Kitanovski, Enrike Perilyo və İmanol İriberrini heyətdə saxlamağa ehtiyac duymayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, hər üç futbolçu ilə müqavilələrin müddəti sona çatıb. Onlarla yeni anlaşmaya ehtiyac duyulmayıb yolların ayrılması barədə qərar verilib.
Xatırladaq ki, “Səbail” daha öncə Tamazi Tsetsxladze və Ruslan Qurbanovla da yollarını ayırmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin