“Səbail” daha bir legioneri ilə vidalaşdı
“Səbail” daha bir legioneri ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, paytaxt klubu Domantas Şimkusun müqavilə müddətinin sona çatması ilə əlaqədar futbolçu ilə yollarının ayrılması barədə qərar qəbul edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Səbail” Domantasa gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, “Səbail” daha öncə Nikolas Raysellə yolların ayrıldığını açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin