
“Səbail” daha bir futbolçunu transfer etdi
“Səbail” klubu daha bir futbolçunun transferini açıqlayıb.
Komanda.az kluba istinadən xəbər verir ki, Bahadur Həziyev heyətə cəlb olunub.
Bakılılar birinci diviziona düşən “Şamaxı”nın yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalayıblar. 24 yaşlı futbolçu 2020/2021 mövsümündə də “Səbail”in formasını geyinib.
“Səbail” yay fasiləsində buna qədər Səlahət Ağayev və Coşqun Diniyevin transferini açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin