“Səbail” Bolqarıstanda ilk məşqə çıxdı
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Səbail” bu gün təlim-məşq toplanışı üçün Bolqarıstana yola düşüb.
Komanda.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı kollektiv artıq sözügedən ölkədə ilk məşqinə də çıxıb.
Paytaxt təmsilçisi iyulun 2-dək Bransko şəhərində hazırlıq keçəcək. Komanda bu müddətdə 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblər “Lokomotiv” (Plovdiv, Bolqarıstan), “Beroe” (Bolqarıstan), “Klinçeni” (Rumıniya) və “Makedoniya” (Şimali Makedoniya) klubları olacaq.
“Səbail” Avroliqanın ilk təsnifat mərhələsində Rumıniyanın “Universitatya Krayova” klubu ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin