Şvaynştaygerə görə 2020-ci ilin rəmzi komandası
“Bavariya”nın və Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştayger 2020-ci ilin ən yaxşı futbolçularından ibarət rəmzi komandasını açıqlayıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq futbolçu, rəmzi heyətə “Barselona”dan Lionel Messini və “Yuventus”dan Kriştiano Ronaldonu daxil etməyib:
Qapıçı: Manuel Noyer (“Bavariya”);
Müdafiəçilər: Serxio Ramos (“Real”), Vircil van Dayk (“Liverpul”), Markinyos (PSJ), Rafael Gerrero (“Borussiya” Dortmund);
Yarımmüdafiəçilər: Cordan Henderson (“Liverpul”), Kevin de Bruyne (“Mançester Siti”), Yozua Kimmix (“Bavariya”);
Hücumçular: Neymar, Kilian Mbappe (hər ikisi PSJ), Robert Levandovski (“Bavariya).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin