Şuşada “Trabzonspor”un bayrağını açdılar – VİDEO
“Trabzonspor” klubunun azarkeşləri Türkiyə Super Liqasının 35-ci turunda çempionluğun rəsmiləşə biləcəyi “Antalyaspor”la oyundan əvvəl Şuşaya gedib.
Komanda.az xəbər verir ki, bir qrup azarkeş Şuşa qalasında klubun bayrağını açıb və “Bizə hər yer Trabzon” şüarı səsləndiriblər.
“Trabzonspor” Türkiyə Super Liqasında 76 xalla 1-ci pillədə qərarlaşıb. Komanda aprelin 30-da keçiriləcək “Antalyaspor”la matçda uduzmasa, çempionluğu vaxtından əvvəl rəsmiləşdirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin