“Şuşa” 4 oyunçu ilə anlaşıb

Azərbaycanın Yüksək Liqasının debütantı “Şuşa” 4 futzalçı ilə anlaşıb.

Komanda.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Neftçi” İK-dan ayrılan Nüsrət Fərzəli və Sadegh Javiditabar mövsümün qalan hissəsini “Şuşa”nın heyətində keçirəcək.

Onlardan başqa, Emil İsrəfilov və Xalid Səfərov də bu komandaya keçib. Hər iki futzalçı “Yasamal Bakı”da çıxış edirdi. Yeni gələnlərlə yanaşı, komandadan ayrılanlar da var. Elvin Qasımov, Feruz Həsənov, Ceyhun Nağıyev və Sabir Hacıəliyev başqa klublarda çıxış edəcəklər.

“Şuşa” 8 oyundan 6 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button