“Survivor All Star”da zədə alan Pərviz Abdullayevin qardaşından açıqlama
“Survivor All Star”da iştirak edən və səhhətinə görə yarışdan uzaqlaşan 6 qat dünya çempionu Pərviz Abdullayev İstanbula qayıdıb.
Komanda.az xəbər verir ki, “Kobra” ləqəbli kikboksçu yarışda ayağından zədə alıb. Pərvizin qardaşı Faiq Abdullayev onun səhhətinin hazırda yaxşı olduğunu deyib:
“Qardaşım Dominikandan İstanbula gəldi. Orada ayağından müalicə alırdı. “Survivor All Star” yarışına getməzdən öncə də ayağında zədə var idi. Oyunlarda zədə daha da dərinləşdi. Həkimlər bildirdilər ki, belə davam etsə, ayağında ömürlük zədə qala bilər”. (Teleqraf.com)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin