“Sürix”in müdafiəçisi “Qarabağ”la matçda olmayacaq
“Sürix”in futbolçusu Beçir Omeraqiç İsveçrədə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununu buraxacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi zədə səbəbindən matçda iştirak etməyəcək. İsveçrə təmsilçisinin aparıcı oyunçularından hesab olunan Blerim Cemailinin də meydana çıxıb-çıxmayacağı sual altındadır.
Bu gün “Letsiqrund” stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. İlk görüşdə “köhlən atlar” (3:2) qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin