“Qarabağ”la oyunu final görüşü adlandırdı – “Sürix”in futbolçusu

“Bu, bütün gücümüzü ortaya qoymalı olduğumuz oyundur. Bir matçla heç nə bitmir. Qarşıda ikinci görüş var”.

Komanda.az xəbər verir ki, bu sözləri “Sürix”in (İsveçrə) futbolçusu İvan Santini evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

O, bildirib ki, meydanın hər qarışı uğrunda mübarizə aparmaq lazımdır:

“90 dəqiqə kompakt oynamalı, hər bir detala fikir verməliyik. Düşünürəm ki, bunlar mərhələ adlamaq üçün kifayət edəcək. Bu, hazırkı məqamda bizim üçün final görüşüdür. Düzdür, mövsüm yeni başlayıb, amma bu oyunu udsaq, fantastik mövsüm keçirə bilərik. Oyun ərzində hər şeyə hazır və səbrli olmalıyıq”.

İyulun 27-də keçiriləcək “Sürix” – “Qarabağ” oyunu saat 21:00-da start götürəcək. “Qarabağ” ilk oyunda 3:2 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button