60 yaşında rəsmi oyuna çıxdı, rekord qırdı

Surinamın 60 yaşlı vitse-prezidenti Ronni Bryunsviyk rəsmi futbol matçında oynayıb.

Komanda.az xəbər verir ki, o, prezidenti olduğu “İnter Munqotapu”nun (Surinam) heyətində KONKAKAF Liqasında “Olimpia”ya (Honduras) qarşı görüşdə iştirak edib. Matça start heyətdə başlayan Bryunsviyk 54-cü dəqiqədə əvəzlənib.

Ronni Bryunsviyk rəsmi oyunlarda meydana çıxan ən yaşlı oyunçu olub.

Qarşılaşma “Olimpia”nın 6:0 hesablı qələbəsi ilə başa çatıb.