Sürəti yetərli deyil, oyun sisteminə uyğunlaşa bilmir – Ronaldo

“Mançester Yunayted”in liderləri portuqaliyalı hücumçu Kriştiano Ronaldonun qışda komandanı tərk etməyə çalışacağına inanırlar.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki ki, Mançester klubunun futbolçuları portuqaliyalının mövsümöncəsi hazırlıq oyunlarını buraxmasından narazıdır. Bu səbəbdən, o, hələ də komandanın yeni baş məşqçisi Erik ten Haqın oyun sisteminə uyğunlaşa bilmir.

Xəbərdə bildirilir ki, keçən mövsüm Ronaldo komandaya qayıdanda bütün oyunçular xoşbəxt olub. İndi isə o, sürət baxımından da tələblərə cavab vermir. O, instinktə güvənir, lakin bu, baş məşqçi Erik ten Haqın sistemində işləmir.

37 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 6 oyuna çıxıb, qol vurmayıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button