Superliqa klubu baş məşqçisi ilə vidalaşdı
Türkiyənin “Kayserispor” klubu baş məşqçi Hikmət Karamanla yollarını ayırıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.
Karaman 2021-ci ildən komandaya rəhbərlik edib.
Kayseri təmsilçisi mövsümü 47 xalla 14-cü pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin