İnzaqi: “Superkuboku qazanmaq əvvəlkindən çətinləşib”
“İnter” İtaliya superkubokunun ilk finalçısı olub, Simone İnzaqinin yetirmələri “Atalanta”ya 2:0 hesabı ilə qalib gəlib.
Komanda.az “fcinter1908.it”-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfransında matçın nəticəsindən razı qaldığını gizlətməyib, komandasını tərifləyib:
“Biz meydana baş verənlərə ideal münasibətlə, düzgün motivasiya ilə çıxdıq. Çox güclü komandaya qarşı çıxış etdik. Konsentrasiya, güc və təzyiq uğurumuzun açarıdır. Superkuboku qazanmaq əvvəlkindən çətinləşib”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin