Superkubok matçının vaxtı və yeri açıqlandı

Türkiyənin “Qalatasaray” və “Akhisarspor” klubları arasında təşkil olunacaq superkubok matçının keçiriləcəyi arena və vaxt müəyyənləşib.

Komanda.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsi qarşılaşmanın bu ilin avqust ayının 7-də keçirilməsinə qərar verib. Matç “Ankara Eryaman” stadionunda təşkil olunacaq və yerli vaxtla 20:45-də start götürəcək.

Xatırladaq ki, “Qalatasaray” 2018/19 mövsümündə həm Super Liqanın, həm də ölkə kubokunun qalibi olub. “Akhisarspor” isə Türkiyə kubokunun finalçısı kimi superkubok matçında mübarizə aparmaq hüququ qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button