Superkubok matçının keçiriləcəyi tarix açıqlandı

Futbol üzrə Fransa superkuboku uğrunda matçın yeri və tarixi bəlli olub.

Komanda.az xəbər verir ki, PSJ və Marsel “Olimpik”i arasındakı qarşılaşma yanvarın 13-də baş tutacaq.

Görüş Lans şəhərində keçiriləcək. Belə ki, koronavirus səbəbindən matçı ölkə xaricində keçirmək mümkün olmayıb. Superkubok görüşləri daha əvvəl Çin, Mərakeş və digər ölkələrdə təşkil edilib.

Qeyd edək ki, 2019/20 mövsümündə Fransa çempionatında və ölkə kubokunda PSJ qalib olub. Marsel “Olimpik”i isə çempionatda ikinci yeri tutduğu üçün superkubokda iştirak hüququ qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button