Superkubok matçında darmadağın

Futbol üzrə Portuqaliya superkubokunun yeni qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, sözügedən titul uğrunda son ölkə çempionu “Benfika” ilə Portuqaliya Kubokunun qalibi “Sportinq” üz-üzə gəlib.

Faru şəhərindəki “Alqarve” stadionunda baş tutan görüşdə “Benfika” rəqibini 5 cavabsız qolla məğlub edib. Rafa Silva (40), Qrimaldo (64) və Şikinyonun (90+1) hərəyə bir dəfə fərqləndiyi oyunda Pitsi (60, 75) dubla imza atıb.

“Benfika” 8-ci dəfə Portuqaliya superkubokunu qazanıb. Sözügedən klub bu göstəricidə “Sportinq”ə çatıb. Rekord isə “Portu”ya məxsusdu – 21 dəfə!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button