Premyer Liqada çempionluq şansı ən çox olan klubun adı açıqlandı

Yeni mövsümün startına az qalıb və İngiltərə Premyer Liqası ilə bağlı proqnozlar artıq formalaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Opta” analitik şirkətinin superkompüteri komandaların çempionluq ehtimallarını hesablayıb.

Aparılan riyazi modellər göstərir ki, ən yüksək ehtimal hazırkı çempion “Liverpul”a məxsusdur. Mersisaydlıların çempionluğu qoruma ehtimalı 28,5 faiz təşkil edir.

İkinci yerdə “Arsenal” qərarlaşıb. Onların titul qazanma şansı 24,3 faiz kimi qiymətləndirilir.

Gözlənilməz nəticə isə “Mançester Siti”nin yalnız üçüncü yeri tutmasıdır. Pep Qvardiolanın komandası üçün çempionluq ehtimalı cəmi 18,8 faiz göstərilib. Daha sonrakı sıralama belədir:

“Çelsi” – 8,4 faiz

“Aston Villa” – 5,1 faiz

“Nyukasl” – 5,1 faiz

“Kristal Pelas” – 2,9 faiz

Qalan komandaların çempionluq şansı 1 faiz və ya daha aşağı qiymətləndirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button