ÇL: Superkompüter əsas favoritin adını açıqladı

Dünən UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

“Arsenal” “Real”ı, “İnter” isə “Bayern”i mübarizədən kənarlaşdırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Opta” superkompüterinin hesablamalarına görə, “Arsenal” hazırda turnirin əsas favoritidir. “Topçular”ın çempionluq ehtimalı 28,7 faiz qiymətləndirilir.

İkinci yerdə 25,5 faizlə “İnter”, üçüncü yerdə isə 24 faizlə PSJ qərarlaşıb. Ən az şans “Barselona”dadır – 21,8 faiz.

Yarımfinalda “Arsenal” PSJ, “İnter” isə “Barselona” ilə qarşılaşacaq. Oyunlar 29-30 aprel və 6-7 may tarixlərində keçiriləcək. Final oyunu mayın 31-də Münhendə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button