Superkompüter Premyer Liqada çempionluq şanslarını dəyərləndirdi

“Opta” statistik platformasının superkompüteri keçirilmiş 11 turun nəticələrinə əsasən İngiltərə Premyer Liqası klublarının 2024/25-ci il mövsümündə çempionluq şanslarını proqnozlaşdırıb.

Komanda.az superkompüterin məlumatına istinadən xəbər verir ki, qızıl medallara əsas iddiaçı “Liverpul”dur. “Qırmızılar”ın çempionluq ehtimalı 60,3 faiz qiymətləndirilir.

İkinci iddiaçı isə “Mançester Siti”dir.

İlk üçlüyü “Arsenal” tamamlayıb.

Superkompüterə görə Premyer Liqa klublarının çempionluq şansları belədir:

“Liverpul” – 60,3 faiz;

“Mançester Siti” – 34,3;

“Arsenal” – 5;

“Çelsi” – 0,3.

“Liverpul” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 1-ci yerdədir (28 xal). “Mançester Siti” 2-ci (23 xal), “Çelsi” isə 3-cüdür. Londonluların aktivində19 xal var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button