
ÇL: Superkompüter komandaların 1/4 final şanslarını dəyərləndirib
Bu həftə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyunların nəticələrinə əsasən, “Opta” superkompüteri komandaların turnirin 1/4 finalına çıxmaq şanslarını dəyərləndirib.
Superkompüterə görə, bir komanda yüz faiz ehtimalla turnirin 1/4 finalına yüksələcək. Bu, “Arsenal”dır. Proqnozla razılaşmamaq çətindir, Mikel Artetanın komandası ilk oyunda səfərdə PSV-nin “daşını daş üstə qoymayıb”.
7:1 hesablı darmadağının cavab matçı gələn həftə Londonda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin