ÇL: Superkompüter “Mançester Siti”nin şanslarını dəyərləndirib
“Opta” superkompüteri “Mançester Siti”nin hazırkı UEFA Çempionlar Liqasındakı şanslarını qiymətləndirib.
Son matçında PSJ-yə səfərdə 2:4 hesabı ilə məğlub olan “şəhərliliər” pley-off zonasından kənarda qalıblar.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Opta”-ya görə, İngiltərə çempionunun yarışın növbəti mərhələsinə yüksəlmək şansı 63,8 faizdir.
Pep Qvardiolanın yetirmələri son turda doğma meydanda Belçikanın “Brügge” komandasını qəbul edəcək.
Çempionlar Liqasının 1/8 final mərhələsinə birbaşa 8 komanda yüksələcək. Pley-offda isə 9-24-cü yerləri tutan klublar iştirak edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin