
ÇL: Superkompüterə görə, 1/4 finala “Liverpul” çıxacaq
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ doğma meydanda “Liverpul”u qəbul edib. Luis Enrikenin komandası İngiltərə klubuna 0:1 hesabı ilə uduzub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Opta” superkompüteri rəqiblərin 1/4 finala çıxmaq şanslarını qiymətləndirib.
Səfərdəki uğurdan sonra “Liverpul”un növbəti mərhələyə yüksəlmək şansı 84,6, parislilərin isə 15,4 faiz qiymətləndirilir.
“Liverpul” – PSJ cavab matçı martın 11-də “Enfild”də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin