Superkompüter Avropa Liqasının favoritini açıqladı

Avropa Liqasının əsas mərhələsinə start verilmək üzrədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Opta” superkompüteri turnirin favoritlərini açıqlayıb.

Ən böyük şans İngiltərə təmsilçisi “Aston Villa”ya verilib. Komandanın qələbə ehtimalı 21,6 faizdir.

Siyahıda ikinci yerdə “Roma” qərarlaşıb (12,8 faiz).

İlk üçlüyü isə Premyer Liqanın digər təmsilçisi “Nottingem Forest” (11,3 faiz) tamamlayır.

Avropa Liqasının son qalibi “Tottenhem”dir. Londonlular finalda “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub etmişdilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button