
Superkompüter Premyer Liqada çempion kimi gördüyü klubun adını açıqladı
“Opta” analitikləri İngiltərə Premyer Liqasının 2025/2026 mövsümündə çempionluq ehtimallarını hesablayıblar.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, superkompüterin proqnozuna əsasən, favorit “Arsenal”dır.
Mikel Artetanın yetirmələrinin çempion olma şansı 44,2 faiz dəyərləndirilib.
Reytinqdə ikinci yerdə son mövsümün qalibi – “Liverpul” qərarlaşıb. Arne Slotun komandasının titulu qoruma ehtimalı 39,6 faiz təşkil edir.
Üçlüyü “Mançester Siti” tamamlayır. “Şəhərlilər”in çempionluq şansı 14,3 faiz göstərilib.
7 turun nəticəsinə görə, “Arsenal” 16 xalla Premyer Liqanın zirvəsində qərarlaşıb, “Liverpul” 15 xalla ikinci, “Tottenhem” isə 14 xalla üçüncüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



