Superkompüter AÇ-2024-ün finalında bu iki komandanı görür
Avropa çempionatında cəmi üç oyun qalıb: yarımfinal və final. Dörd komanda kubok uğrunda mübarizəni davam etdirir – İspaniya, Fransa, Niderland və İngiltərə yığmaları. Yarımfinal mərhələsində ispanlar fransızlarla, Niderland millisi isə ingilislərlə qarşılaşacaq. Bu oyunlar müvafiq olaraq iyulun 9 və 10-da keçiriləcək.
Komanda.az xəbər verir ki, “Opta” şirkətinin mütəxəssisləri komandaların finala çıxmaq şanslarını hesablamaq üçün superkompüterdən istifadə ediblər. Beləliklə, AÇ-2024-ün ehtimal olunan finalçıları müəyyənləşib. Onlar Fransa (yarımfinal şansları 51 faiz) və İngiltərə (53 faiz) komandalarıdır.
Avropa çempionatının final oyunu iyulun 14-də Berlində keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin