A Seriyasında mövsümün əsas favoriti açıqlandı

“Opta” superkompüteri İtaliya A Seriyasının yeni mövsümü üçün 10000 simulyasiya həyata keçirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticələrə görə, çempionluq şansları ən yüksək olan klub “İnter”dir.

Simulyasiyalarda 35,9 faizlə “İnter” birinci yeri tutub. Onların ən yaxın izləyiciləri isə “Napoli” və “Atalanta” olub.

Favoritlərin siyahısı belədir:

1. “İnter” – 35,9 faiz

2. “Napoli” – 13,7 faiz

3. “Atalanta” – 12,8 faiz

4. “Roma” – 9,9 faiz

5. “Yuventus” – 8,2 faiz

6. “Milan” – 6,7 faiz

7. “Latsio” – 4,7 faiz

Göründüyü kimi, “İnter” digər rəqiblərinə nəzərən açıq-aşkar üstünlük qazanaraq, A Seriyasının əsas çempionluq iddiaçısı sayılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button