“Super Nova” Əsgərovun yoxluğunda yenə uduzdu
Futbol üzrə Latviya 1-ci liqasında 11-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Rezekne” ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Vüqar bu görüşün iştirakçısı olmayıb. Cari mövsümdə 3 qol vurmuş Əsgərov zədəli olduğu üçün adı bu oyunun iştirak ərizəsinə də daxil edilməyib.
10 oyuna 14 xal toplamış “Super Nova” 9 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin