Super Liqaya çıxdılar – məşhur futbolçu ilə vidalaşdılar
Yeni mövsümdə Türkiyə Super Liqasında mübarizə aparacaq “Ümraniyespor” bir futbolçusu ilə vidalaşıb.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Mevlüt Erdinçlə yollarını ayırıb. Türkiyə millisinin keçmiş üzvünün müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv olunub.
Erdinç son mövsümdə “Ümraniyespor”un heyətində meydana çıxdığı 11 matçda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin