Avropa Super Liqasının yeni formatı
Super Liqa təşəbbüsü uğursuzluğa düçar olan “Real”, “Barselona” və “Yuventus” Avropa futboluna yenilik gətirmək niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir, “üçlük” yeni layihə ilə çıxış etmir.
UEFA bayrağı altında keçirilən Çempionlar Liqasından uzaqlaşmaq istəyən klublar buna bənzər, lakin yeni turnir yaratmağı düşünürlər. Burada Avropanın 60-80 komandası mübarizə aparacaq.
Onlardan heç birinin mövqeyi daimi olmayacaq. Klublar divizionlar üzrə yarışacaq. Hər iştirakçı mövsümdə azı 14 dəfə meydana çıxacaq.
“Real”, “Barselona” və “Yuventus”un rəhbərləri 50-dən artıq klubla əlaqə saxlayıb və danışıqlar aparıb. Danışıqların nəticəsi və yarışın dəqiq formatı bəlli deyil. “Üçlük” detalları açıqlamır.
2021-ci ilin aprelində “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.
Bizi Facebook-da izləyin