Super Liqanın lideri Fransadan 2 legioner gətirdi – RƏSMİ

Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqanın lideri Fransanın “Monpelye” klubunun serbiyalı hücumusu Petar Şkuletiçi və eyni ölkənin digər təmsilçisi “Havr”da forma geyinən mərkəz müdafiəçisi Samba Kamaranı heyətinə qatıb.

Şkuletiç mövsümün sonuna kimi icarəyə götürülüb. 29 yaşlı forvard daha öncə Türkiyədə “Gənclərbirliyi”ndə (2017/18 mövsümündə) oynayıb. O, “Monpelye”yə 2018-ci ilin yayında məhz bu klubdan transfer olunub. Serbiya yığmasında da oynamış hücumçu vaxtilə Moskva “Lokomotiv”inin, “Partizan”, “Voyvodina”, “Radniçki” kimi klubların da uğurları üçün çalışıb.

Samba Kamara isə transfer hüquqları ilə birgə “Sivasspor”a transfer olunub. 27 yaşlı fransalı futbolçu yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, “Sivasspor” dövrələrarası transfer dönəmində Yasin Öztekin və Klaudemiri də transfer etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button