Super Liqanın daha bir klubu məşqləri bərpa edir

Türkiyə Super Liqasında mübarizə aparan daha bir klub koronavirus pandemiyasına görə fasilə verdiyi məşqləri bərpa etməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, “Qaziantep” mayın 11-dən etibarən hazırlığa başlayacaq.

Bu barədə klubdan verilən rəsmi açıqlamada bildirilir. 45 gündür məşq edə bilməyən komanda üvləri təxminən bir həftə sonra klubun bazasında bir araya gələcəklər. Pandemiya səbəbindən evlərinə gedən əcnəbilər, eləcə də digər şəhərlərdə yaşayan futbolçular, məşqçilər yaxın günlərdə Qaziantepə gələcəklər. Onların 14 gün karantində saxlanılacağı da bildirilib. Həmin məşqçilər və futbolçular yalnız koronavirus testindən keçdikdən sonra hazırlıq prosesində iştirak edə biləcəklər.

Qeyd edək ki, Türkiyə Super Liqasında 2019/20 mövsümünün iyun ayından etibarən bərpası nəzərdə tutulur. Bu üzdən də artıq “Beşiktaş”, “Göztəpə” və “Kasımpaşa” məşqləri bərpa edib. Sabahdan etibarən “Fənərbaxça”nın futbolçuları da klubun bazasında məşqləri bərpa edəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button