“Qalatasaray” komanda yoldaşını vuran legioneri cərimələdi
Super Liqanın 1-ci turu çərçivəsində keçirilən “Girəsunspor” – “Qalatasaray” matçında (0:2) komanda yoldaşı Kərəm Aktürkoğlunu vuran “Qalatasaray”lı Markao cəzalandırılıb.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi braziliyalı müdafiəçiyə 90 min avro pul cəriməsi verib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyə Futbol Federasiyası komanda yoldaşını vuran Markaonu 8 oyunluq diskvalifikasiya edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin