Super Liqanı tərk edən klubun prezidenti məhkəməlik oldu
Türkiyənin “Bursaspor” klubunun prezidenti Ali Ay məhkəməyə verilib.
Komanda.az xəbər verir ki, bir neçə gün öncə başa çatan Super Liqanın yekunlarına görə elitanı tərk edən və növbəti mövsümdən TFF 1-ci liqada mübarizə aparmaq məcburiyyətində qalan Bursa təmsilçisinin rəhbəri vəzifəsindən sui-istifadədə ittiham olunur.
Belə ki, o, kluba aid əraziləri satmaqda və bundan mənfəət götürməkdə günahkar bilinir. Bu üzdən də onun haqqında “vəzifəsindən sui-istifadə” maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Xatırladaq ki, bu ilin yanvar ayında “Neftçi” ilə əməkdaşlıq protokolu imzalayn “Bursaspor”, 18 kollektiv arasında 16-cı pilləni tutaraq Super Liqa ilə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin