Super Liqanı tərk edən ilk klub bəlli oldu
Futbol üzrə Türkiyə Super Liqasını tərk edən ilk klub bəlli olub.
Komanda.az xəbər verir ki, bu gün ölkə çempionatının 32-ci turu çərçivəsində doğma meydanda “Girəsunspor”a 0:1 hesabı ilə uduzan “Yeni Malatyaspor” elita ilə vidalaşıb.
20 xalla sonuncu – 20-ci pillədə qərarlaşan Malatya təmsilçisi 16-cı pillədəki “Altay”dan 19 xal geri qalır ki, son 6 turda bu fərqi aradan qaldırmaq qeyri-mümkündür.
Xatırladaq ki, bu mövsüm Türkiyə Super Liqasında 4 komanda elita ilə vidalaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin