Super Liqadan Braziliya klubuna

Türkiyənin “Dənizlispor” klubu ilə yollarını ayıran Huqo Rodalleqanın yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 35 yaşlı futbolçu bundan sonrakı karyerasını Braziliyanın “Bahia” klubunda davam etdirəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli hücumçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Rodalleqa 2019-cu ildən “Dənizlispor”da çıxış edirdi. Lakin sözügedən komanda geridə qalan mövsümü sonuncu pillədə bitirdiyi üçün, Super Liqa ilə vidalaşdı. Bu üzdən əksər futbolçular kimi, Rodalleqa da Dənizli klubundan ayrılmağa qərar verdi.

Kolumbiyalı futbolçu daha öncə “Deportes Kindio, “Deportivo Kali”, “Monterrey”, “Atlas”, “Nekaksa”, “Uiqan, “Fulhem” kimi klubların da formasını geyinib. Ölkəsinin yığmasında da oynamış forvard, Türkiyədə “Akhisarspor” və “Trabzonspor”un da uğurları üçün çalışıb. Bir sözlə, təcrübəli oyunçu təxminən altı il idi karyerasını Türkiyədə davam etdirirdi. O, geridə qalan mövsümdə Super Liqada meydana çıxdığı 37 oyunda 14 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button