
Super Liqada yeni mövsümün başlayacağı tarix açıqlandı
Futbol üzrə Türkiyə Super Liqasında 2024/2025 mövsümünün başlayacağı tarix bəlli olub.
Komanda.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, çempionat avqustun 9-da start götürəcək.
Sonuncu turun qarşılaşmaları 2025-ci il iyunun 1-də gerçəkləşəcək.
Super Liqanın cari mövsümünə isə mayın 26-da yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin