Super Liqada növbəti baş məşqçi istefası

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.

Komanda.az xəbər verir ki, “Qaziantep”i çalışdıran Səlcuk İnan postunu tərk edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssis öz istəyi ilə istefa verib.

İnan ötən ilin mart ayında “Qaziantep”in baş məşqçisi təyin olunmuşdu. Komanda Super Liqada 35 turdan sonra 42 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button