Super Liqada koronavirusa 19 yoluxma
Futbol üzrə Türkiyə Super Liqasında 3-5 aprel aralığında 32-ci turun oyunları keçiriləcək.
Komanda.az xəbər verir ki, milli komandaların oyunlarına görə yaranmış fasilədən sonrakı ilk turun qarşılaşmaları öncəsi iştirakçı klubların kollektivləri koronavirus testindən keçiblər.
Bu oyunlar ərəfəsində Super Liqa iştirakçıları arasında bütövlükdə 16 yoluxma faktı qeydə alınıb. 21 klubdan yeddisində COVİD-19 testi pozitiv çıxan futbolçular aşkarlanıb. Ən çox yoluxma halı “Fənərbaxça”dadır.
Qeyd edək ki, bu gün Türkiyə Futbol Federasiyası 3 hakimin də koronavirus testinin pozitiv çıxdığını açıqlamışdı. Onları da nəzərə alsaq, Super Liqada hazırda koronavirus testi pozitiv çıxan 19 şəxs var.
Fənərbaxça – 5 yoluxma
Yeni Malatyaspor – 4
Beşiktaş – 2
Qalatasaray – 2
Başakşəhər – 1
Gənclərbirliyi – 1
Rizəspor – 1
Bizi Facebook-da izləyin