
Super Liqada ilk turun üç oyunu təxirə salındı
Türkiyə Super Liqasının 1-ci turunda keçirilməsi planlaşdırılan üç oyun təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
“Fənərbağça” – “Alanyaspor”, “Kayserispor” – “Beşiktaş” və “Karagümrük” – “Başakşəhər” qarşılaşmaları başqa tarixdə keçiriləcək.
“Fənərbağça” UEFA Çempionlar Liqasının, “Beşiktaş” ilə “Başakşəhər” isə Konfrans Liqasının təsnifat mərhələsində çıxış edirlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin