Super Liqada bir ayrılıq, bir qayıdış

Türkiyə Super Liqasını tərk edəcək ilk komanda müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Ümraniyəspor” bu mövsümün sonunda elitanı tərk edəcək.

Bu, sözügedən komandanın 35-ci tur çərçivəsində baş tutan “Ankaragücü” ilə ev oyunundakı 1:2 hesablı məğlubiyyətdən sonra rəsmiləşib.

Hazırda 27 xalı olan komanda 17-ci pillədə qərarlaşıb. “Ümraniyəspor” son üç turda qələbə qazansa belə, 15-ci pilləyə yüksələ bilməyəcək.

Yeri gəlmişkən, Super Liqaya yüksələn ikinci komandanın da adına aydınlıq gəlib. Çempion “Samsunspor”un arından ikinci yeri tutan “Rizəspor” da elitaya yüksəlib. TFF 1-ci liqada mövsümün son turu çərçivəsində “Altınordu” ilə bərabərə (0:0) qalan rizəlilər cəmi bir illik fasilədən sonra Super Liqaya qayıdıblar.

“Rizəspor” 2021/22 mövsümündə Super Liqada 17-ci yeri tutduğu üçün elitanı tərk etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button