Super Liqada baş məşqçi istefası
Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası qeydə alınıb.
Komanda.az xəbər verir ki, “Ankaragücü” Mətin Diyadinlə vidalaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırmağa qərar veriblər.
Paytaxt klubunun prezidenti Fatih Mert yerli mətbuata açıqlamasında qarşıdakı bir həftə ərzində komandaya yeni baş məşqçi təyin olunacağını bəyan edib.
Son beş oyunundan cəmi 1 xalla ayrılan “Ankaragücü” Super Liqada 11 tur ərzində 2 qələbə, 3 heç-heçəyə imza atıb, 6 məğlubiyyətə üzülüb. 9 xala malik kollektiv 18 iştirakçı arasında 17-ci sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin