Super Liqa klubunda yeni baş məşqçi – rəsmi

Türkiyənin “Rizəspor” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi gözlənildiyi kimi, Ünal Karamanla anlaşıb. 53 yaşlı mütəxəssislə 1,5 illik müqaviləyə imza atılıb.

Son iki ildə “Trabzonspor”u çalışdıran Ünal Karaman, bu ilin yanvar ayında sözügedən klubdan ayrılandan bəri işsiz idi. O, “Rizəspor”da İsmail Kartalı əvəz edəcək.

“Rizəspor” Super Liqada 24 turdan sonra 24 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button