Super Liqa tarixinin ən erkən qolu vuruldu
Futbol üzrə Türkiyə Super Liqasında yeni rekord qeydə alınıb.
Komanda.az xəbər verir ki, “Qaziantep”in hücumçusu Məhəmməd Dəmir Super Liqa tarixinin ən erkən qoluna imza atıb.
29 yaşlı forvard bunu 5-ci tur çərçivəsində baş tutan “Başakşəhər”lə ev oyununda rəsmiləşdirib. O, bu görüşün 9-cu saniyəsində rəqib qapısına yol tapıb.
Əvvəlki rekord “Dənizlispor”un trinidad və tobaqolu sabiq hücumçusu Derril Robertsə məxsus idi. O, 2008-ci ildə “Əskişəhəspor”la matçın (3:4) 12-ci saniyəsində fərqlənmişdi.
“Qaziantep” “Başakşəhər”lə oyunda məhz bu tarixi qol sayəsində 1:0 hesablı qələbəyə sevinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin