Super Liqa oyunlarında 1 dəqiqəlik sükut olacaq

Futbol üzrə Türkiyə Super Liqasının 22-24 dekabr aralığında keçiriləcək oyunlarından öncə 1 dəqiqəlik sükut elan olunacaq.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Buna Türkiyə futbolunun əfsanəsi Özkan Sümerin vəfatı səbəb göstərilib. Vaxtilə Türkiyə yığmasını da çalışdırmış “Trabzonspor”un sabiq prezidenti və baş məşqçisi uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Bununla əlaqədar TFF bayrağı altında keçirilən bütün yarışlarda 1 dəqiqəlik sükut elan olunması qərara alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button