“Super Liqa öldü?”
İspaniya La Liqasının prezidenti Xavyer Tebas hesab edir ki, Avropa Super Liqası layihəsinin başa çatması barədə danışmaq hələ tezdir.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Tebas, Super Liqanın sadəcə turnir olmadığını, böyük layihə olduğunu deyib:
“Super Liqa öldü? Florentino Peres (“Real”ın prezidenti) heç vaxt uduzmur, onu uzun illərdir tanıyıram. Superliqa adicə turnir deyil, bu, uzun illər əvvəlki layihədir. Peresə görə, dünya futbolunda Avropanın böyük klubları hökm sürməlidir”.
Ötən il aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.
Bizi Facebook-da izləyin