Super Liqa matçı təxirə salındı – güclü zəlzələyə görə

Türkiyə Futbol Federasiyası İzmirdəki zəlzələ ilə bağlı bəzi oyunları təxirə salıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Türkiyə Super Liqasının 7-ci turunda keçirilməsi planlaşdırılan “Göztəpə” – “Alanyaspor”, 1-ci Liqada isə “Menemenspor” – “Ankaraspor” və “Altınordu” – “Bandırmaspor”, 3-cü liqada “Berqama Belediyespor” – “KozanSpor” görüşləri təyin olunan vaxtda keçirilməyəcək. Bu oyunların hamısı oktyabrın 31-də baş tutmalı idi.

Qeyd edək ki, İzmirdə 6,6 bal gücündə baş vermiş zəlzələ nəticəsində ilkin məlumatlara görə 4 nəfər həlak olub, 120-dən çox insan xəsarət alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button