Super Liqa matçı qəzada ölən futbolçuya görə təxirə salındı
Futbol üzrə Türkiyə Super Liqasının 21-ci turu çərçivəsində keçirilməli olan “Başakşəhər” – “Konyaspor” matçı təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Yanvarın 15-də keçirilməli olan qarşılaşmanın təxirə salınmasına “Konyaspor”un müdafiəçisi Ahmet Çalıkın ötən gün avtomobil qəzasında dünyasını dəyişməsi səbəb göstərilib. Qarşılaşmanın yeni tarixi daha sonra açıqlanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin